Qərb Gürcüstana qarşı sanksiyalarını arqumentlərlə əsaslandıra bilmir, bu səbəbdən bütün cəza tədbirləri anlaşılmazdır.
Bunu APA-ya açıqlamasında gürcüstanlı siyasi ekspert Giorgi Yakobişvili deyib.
O, bildirib ki, bütün bu tədbirlərin yekun hədəfi Gürcüstanda öz arzuladıqları siyasi qüvvələri hakimiyyətə gətirərək Rusiyaya qarşı ikinci cəbhənin açılmasına nail olmaqdır.
“Əgər kimisə cəzalandırırsansa arqumentlərin, səbəblərin olmalıdır. Bu səbəbdən Gürcüstana qarşı bu münasibət anlaşılan deyil. Avropa və ABŞ uzun müddətdir ki, ölkə rəsmilərinin tələblərinə baxmayaraq niyə sanksiya tətbiq etdiklərinə dair konkret arqumentlər, faktlar göstərmirlər. Bu sanksiyalarda məqsəd yəqin ki, öz arzuladıqları siyasi qüvvəni hakimiyyətə gətirmək, daha sonra onlara tapşırıqlar verməkdir. Onlar artıq iki ildir ki, Gürcüstandan həmən tapşırıqları tələb edirlər. Bunlar cinsi azlıqlarla bağlı qanunun qəbul edilməsi və Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Biz SSRİ dövründə, 80-ci illərdə müstəqillik, azadlıq, media azadlığı tələb edirdik. Biz bunların heç birini indiki müxalifətin hakimiyyəti dövründə görə bilmədik, onlar mətbuat azaldığını pozaraq media qurumlarını ələ keçirdilər, insanların hüquqlarını kobud şəkildə pozaraq biznesmenlərin haqlarını əlindən aldılar. Bu isə bizim arzuladığımı Avropa deyil. Qərb isə bu qüvvələri indi Gürcüstana geri qaytarmaq istəyir. Fikrimcə Avropa əvvəlcə özü öz dəyərlərinə qayıtmalıdır. Bu gün bizim dinlədiyimiz və gördüyümüz Avropa rəsmiləri bütün insanlığa hörmət etmirlər”.
Giorgi Yakobişvili qarşıdan gələn parlament seçkilərinə xarici müdaxilə cəhdlərinin gürcü xalqının iradəsinə zidd olduğunu vurğulayıb:
“Gürcü xalqının istəyi odur ki, hakimiyyətə onun etibarını qazanmış qüvvə gəlsin. Ancaq Avropa bu gün bizdən etibarımızı qazana bilməyən, etibarımıza layiq olmayan bir qüvvəni seçməyimizi tələb edir. O qüvvə hakimiyyətdə olduğu dövrdə bir çox qanun pozuntularına yol verib və yürütdüyü siyasət ərazilərimizin işğalı ilə nəticələnib. Əgər müxalifət qalib gələrsə ölkədə nə baş verəcəyini bilirik, çünki onların hakimiyyəti dövründə nələr baş verdiyini biz görmüşük. “Gürcü arzusu” 12 ildir ki, sülh siyasətini davam etdirir, iqtisadiyyatın gücləndirilməsi istiqamətində işlər görür. Qafqazda mütləq sülh və inkişaf qalib gəlməlidir”.
Gürcü ekspert: Qərb bizi öz istədiyi qüvvəni hakimiyyətə gətirməyə məcbur edir