Bəlli, qeyd edilənlərin heç birində siyasi adlanan təsiri görmək olmaz. Yəni iddianın hansı yöndən mərkəzləşdirməyə çalışsaq da burada əsla və əsla siyasi bir addım görmək olmaz.
Ancaq 2010-cu ildən başlayaraq siyasi məhbus siyahısı inanclıların mənfi mənada liderlikləri ilə müşahidə olunmağa davam edir.
Maraqlı faktlar sırasında son 14 ildə (2010-2024) ölkədə xüsusi olaraq inanclılarla bağlı sərt qadağa icra edilən qanunlar qəbul edilməsidir.
Dini verlişlər efirlərdən yığışdırılıb, qəzet və internet üzərində fəaliyyət göstərən media orqanları son damlasına qədər qapadılıb. Min bəhanə uydurularaq şiə əqidə əsalarının təbliği ilə məşğul olan yeganə kanal İNTERAZ ən sərt tələblər daxilində, gülünc ittihamlarla möhürlənib. Dini atributlar, qara bayraqlar, əza və dini rəmzlər ölkədə qadağalanıb. İstisnasız olaraq bütün məscidlərdə xalqın sevimli ruhaniləri “qeyriləri” ilə əvəzlənib. Hacı Şahin kimi əvəzlənə bilməyən şəxslər isə ya həbs olunub, ya da şəhadətə yüksəldilib.
Hakimiyyət bütün bunların siyasi çalara salma cəhdini etməyi də unutmayıb, 2012-15-ci illərdə süni Aşura qadağaları yaratmaqla qarşıdurma illuziyası, ardınca 2015-ci il Nardaran, 2018-ci il Gəncə hadisəsi bu işin siyasi çalar almasına xüsusi plan idi. Sonrakı dövrlərdə planın iflasa uğradığını görən hakimiyyət bu dəfə şiəliyin ləkələnmə siyasətini “İran cəsusu, molla rejiminin təbliğı” və sair kimi oyuncaq medianın hazırladığı şou ilə xalqın beynində inanclıların varlığını siyasiləşdirməyə çalışan addımlarla bütün hüquq müstəvisində öz planını pərdələmək istədi.
Bunun üçün vətənpərvərlik damarlarından istifadə etdiyi xalqın hisslərini təhrik, Qərbin anti şiə siyasətini həyata keçirən ölkənin mövqeyi bəlli olmayan bir qrup siyasisinin oynadığı rol bu işdə bir müddət yalançı uğur da vəd edə bildi. Lakin digər məsələlər kimi bu toz dumanın da çəkiləcəyi gün gələcəkdi və gəldidə.
Bununla belə bir sual dəyişməz olaraq qalır, əgər bütün bunlar siyasi məsələ olmadığı, hakimiyyətin öz kürsüsünə təhlükə hiss etmədiyi halda qeyd edilənləri hansı səbəbdən bu qədər siyasiləşdirsin? Yüzlərin üzərini aşan inanclıların belə kütləvi həbsi hansı təhlükəni yaradırdı ki, rejim beynəlxalq aləmdə inanclıları siyasi, vicdan məhbusu kimi belə yüksək rəqəmlərə qaldırsın?
Siyasi məhbus siyahısında inanclılar -Təzyiq məngənəsində (8-ci hissə)