İsrail polisi həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İrana ötürülməsi ittihamı ilə 7 nəfəri həbs edib.
Operativtv APA-ya istinadən verdiyi xəbərə görə, casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir.
Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə Hizbullahın pilotsuz uçuş aparatının hücumu nəticəsində dörd İsrail əsgərinin öldürüldüyü “Qolani” Briqadasının bazası var.
Qeyd edilib ki, casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.
İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs edib