İllərdir xəstəliklərlə çarpışan FETÖ təşkilatının rəhbəri Fətullah Gülən dünyasını dəyişib. O, ötən gün ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanalarının birində həyatla vidalaşıb. F. Gülən son dövrlər ciddi böyrək çatışmazlığı, şəkər xəstəliyi və demensiyadan əziyyət çəkirdi.
Fətullah Gülən 1941-ci ildə Ərzurum yaxınlığında kürd ailəsində anadan olub. Gülən yazıçı və 12 yaşından moizə edən və sonradan dini nüfuzuna görə Türkiyədə siyasi fiqura çevrilən din xadimidir. 1982-ci ildə ilk islam məktəbini açan Gülən sonradan bütün dünyada onun məktəb şəbəkələri genişlənir ki, bu da onu bir çox ölkələrdə qorxulu fiqura çevirir.
2008-ci ildə beynəlxalq “Prospect və “Foreign Policy nəşrləri onu ən nüfuzlu intellektual adlandırır. “Time jurnalı onu “dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edir.
Gülən “Hizmet” hərəkatına başçılıq edib. Türkiyə onu çoxsaylı cinayətlərdə ittiham edərək barəsində beynəlxalq axtarış elan edib. Lakin İnterpol bu axtarışlar üçün göstərilən iddiaları yetərli saymadığından Fətullah Güləni cinayətkar olaraq tanımayıb. Minlərlə Gülən tərəfdarı FETO işi adı altında hal-hazırda Türkiyədə həbsdədirlər. Onlar ölkədə çoxsaylı cinayət törətməkdə ittiham olunurlar.
Fətullah Gülən dünyasını dəyişib