Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Rüstəm Əsgərovun məhkəməsində qarşıdurma yaşanıb. Məhkəmə şahidlərin dindirilməsi ilə davam edib.
Şahid qismində Baş Mütəşəkkil Cinayətkarlqla Mübarizə İdarəsinin üzvü Rüstəm Əsgərovun saxlanılması ilə bağlı ifadə verib.
İdarə işçiləri inanclıya qarşı saxta ittihamlarla güya saxlanılan zaman üzərindən narkotik vasitələrin götürüldüyünü bildiriblər. Rüstəm Əsgərov isə ittihamları yalanlayaraq inanclı olduğunu, heç bir narkotik vasitələri tanımadığını belə söyləyib.
Polis şahidin məhkəmə salonundan çıxışı zamanı koridorda Rüstəmin anasına “Oğlu cinayətkardır, cəzalanacaqda” söyləməsi qarşıdurmaya səbəb olub. Onun bu sözünə etiraz edən anaya polisin hədəsi ananın səbrini daşırdıb. Polis üzərinə yeriyən ana ilə polis işçisinin mübahisəsində ananı sakitləşdirməyə çalışan həyat yoldaşı Əsgər və oğlu Rəsul Əsgərov çox çəkməyib ki, ərazi polis idarəsinin işçiləri tərəfindən saxlanılıb.
Hal-hazırda polis idarəsinə aparılan Əsgərov ailəsinin üzvləri hələ ki, şübhəli şəxs qismində olan Rüstəm Əsgərova cinayətkar töhməti vurulmasına etirazı şübhəsiz narahatlığa səbəb olacaqdı. Acınacaqlısı isə məhkəmə qərarı olmadan qanun keçikçisinin yaşlı ananı manipulyasiya edərək onu özündən çıxaracaq addımlar atmasıdır.
Xatırladaq ki, Rüstəm Əsgərov ölkədə anti-islam çərçivəsində davam edilən həbslər çərçivəsində 2024-cü il 12 aprel tarixində yaşadığı Ceyranbatan ərazisində saxlanılıb. Narkotiklərlə bağlı ittiham olunan gənc MBH ailəsinin sayı 78-ə çatan həbs olunan üzvlərindən biridir.
Rüstəm Əsgərovun məhkəməsində insident yaşanıb; Atası və qardaşı saxlanılıb