İran İnqilab Rəhbəri Ayətullah Xamenei HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarın şəhadəti münasibəti ilə başsağlığı mesajı dərc edib.
O, bölgədəki müsəlman xalqlara və çalışqan gənclərə ünvanladığı mesajda qəhrəman döyüşçü komandir Yəhya Sinvarı dəyərləndirərək, müqavimət cəbhəsinin öndə gedən şəxsiyyətlərinin də daxil olduğu Sinvarın şəhadəti ilə irəliləyişini dayanmayacağını vurğulayıb.
Mesajın mətni belədir:
“Müsəlman xalqlar! Mübariz gənclər!
Qəhrəman döyüşçü, komandir Yəhya Sinvar da şəhid dostlarına qovuşdu.
Sinvar müqavimət və mübarizənin parlaq siması idi. O, qəddar və təcavüzkar düşmənə qarşı polad qətiyyətlə dayandı, fikir və cəsarətlə ona şillə vurdu. O, 7 oktyabr mübarizəsini tarixə bir xatirə kimi qoyub, şəhidlərin irsinə şərəf və qürurla qovuşdu.
Onun kimi ömrünü qəsbkar və qəddar düşmənlə mübarizəyə həsr etmiş bir insanın şəhadətdən başqa sonu yoxdur. Onun itkisi təbii ki, müqavimət cəbhəsi üçün ağrılıdır, lakin bu cəbhə Şeyx Əhməd Yasin, Fəthi Şakaki, Rantisi və İsmail Haniyə kimi mühüm adların şəhadəti ilə irəliləməyi dayandırmadı, Sinvar şəhadəti ilə belə dayanmayacaq. Allah yardımı ilə HƏMAS sağdır və yaşayacaqda.
Həmişə olduğu kimi, Allahın köməyi ilə biz də səmimi döyüşçülərin yanında olacağıq.
Şəhidlikdə qardaşımız Yəhya Sinvarın ailəsinə, döyüş yoldaşlarına və Allah yolunda döyüşənlərə başsağlığı verirəm.
Salam olsun Allahın saleh bəndələrinə
Seyid Əli Xamenei
19 oktyabr 2024”
Ayətullah Xamenei HƏMAS lideri Sinvarın şəhadətinə başsağlığı verdi