Bursada Qəzza həmrəyliyi

Türkiyənin Bursa şəhərində Qəzza Həmrəylik Platforması qiyabi cənazə namazı təşkil edərək Qəzzada həyatını itirənləri anıb.

 

Oktyabrın 20-də Bursada Qəzza Həmrəylik Platformasının üzvləri İsrailin terror hücumunda şəhid olan Həmas Siyasi Bürosunun sədri Yəhya Sinvar və Fələstində həyatını itirənlər üçün qiyabi cənazə namazı qılıblar.

Əllərində Fələstin və Türkiyə bayraqları ilə Setbaşıdan başlayan yürüşdə iştirak edən vətəndaşlar Ulu Məsciddə qiyabi cənazə namazı qılıblar. Yürüş zamanı vətəndaşlar tez-tez təkbir deyib, Yəhya Sinvar və fələstinlilər üçün dualar ediblər.