Berlində Fələstini dəstəkləyən etirazlarda qarşıdurma yaranıb

Almaniyanın paytaxtı Berlində Fələstini dəstəkləyən nümayişlər zamanı polislə qarşıdurma yaranıb. Qarşıdurmada 12 polis əməkdaşı yaralanıb.

Operativtv Report-a istinadən xəbər verir ki, bu barədə Berlin hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

Etiraz aksiyaları zamanı polis əməkdaşları 57 nəfəri saxlayıb. Bundan əlavə, bəzi iştirakçılar üzlərini bağlayaraq qadağan olunmuş şüarlar səsləndiriblər.

Asayişi 520 polis əməkdaşı təmin edib.