Vəkillər Kollegiyası vəkil Aqil Layıcın fərdi fəaliyyətinə xitam verilməsi və onun 20 saylı Vəkil Bürosuna keçirilməsi barədə qərar qəbul edib. Bu barədə Turan-a vəkil A.Layıc bildirib.
O qeyd edib ki, onu seçim hüququndan məhrum ediblər ki, bu da qanuna ziddir.
Bundan öncə vəkil Elçin Sadıqovun barəsində də analoji qərar qəbul edilib.
Fərdi fəaliyyətin dayandırılması vəkilləri aztəminatlı insanlara pulsuz hüquqi xidmət göstərmək imkanlarından məhrum edir.
Çünki Büroda xidmət göstərən vəkillər xidmətə görə bu qurumun müəyyən etdiyi məbləği almalı olacaqlar.
Keçmiş vəkil Yalçın İmanov Turan-a deyib ki, vəkillərin fərdi fəaliyyətinə xitam verilməsi “Vəkil və vəkillik fəaliyyəti haqqında” qanunun 5-ci maddəsinə ziddir. Onun sözlərinə görə, həmin maddəyə əsasən vəkil qanunvericilik tələblərinə uyğun vəkil tərəfindən yaradılmış qurumların tərkibində fəaliyyəti həyata keçirə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir. “Ona görə də Vəkillər Kollegiyasının qərarı qanuna ziddir. Kollegiyanın vəkillərin fərdi fəaliyyətiniə xitam vermək istəyirsə, qanunvericilik dəyişməlidir. Bu isə baş verməyib və baş verənlər müstəqil fəaliyyət formasına müdaxilə deməkdir. Hesab edirəm ki. bu qanunsuzdur”, – o bildirib.
Y.İmanov vurğulayıb ki, burada məqsəd müstəqil vəkillərin fəaliyyətini çətinləşdirmə ola bilər. “Hər iki vəkil insan hüquqları ilə məşğul olan və həssas işlərdə çıxış edən vəkillərdir. Çox güman ki, onların fəaliyyətini nəzarətə almaq məqsədini güdürlər. Fərdi qaydada fəaliyyət göstərən vəkillər üçün order almaq, vaxtında özünü müştərinin yanına çatdırmaq problem olmur. Amma vəkil büronun əməkdaşı olanda order götürmək və digər prosedurları həyata keçirmək uzun zaman tələb edir və müdafiənin keyfiyyəti itir”.- Y. İmanov bildirib.
Turan
Aqil Layıc da fərdi vəkillik fəaliyyətindən məhrum edildi

Oxşar xəbərlər