Perinçekin Əliyevə məktubu: Ravvinlərin görüşünü ləğv edin...

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb, 2025-ci il noyabrın 4-6-da Bakıda keçiriləcək Avropa Ravvinlər Konfransının ləğv edilməsini istəyib.

Vətən Partiyasının sədri Doğu Perinçek Azərbaycan prezidenti İlham Heydəroğlu Əliyevə məktub yazıb, 4-6 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Avropa Ravvinlər Konfransının ləğv edilməsini istəyib.

Noyabrın 4-6-da Azərbaycanın paytaxtı Bakıda Avropa Ravvinlər Konfransının keçirilməsi planlaşdırılır. Qarşıdan gələn konfransdan əvvəl Vətən Partiyasının sədri doktor Doğu Perinçek Azərbaycan prezidenti İlham Əliyevə məktub yazıb.

 

“Bu, gələcəkdə həmişə ləkə kimi yadda qalacaq”

Perinçek "Azərbaycanın sizin təcrübəli rəhbərliyiniz altında ABŞ-İsrail cəbhəsində iştirak etməsi mümkün deyil. Bu konfransın qardaş Azərbaycanda keçirilməsi gələcəkdə həmişə ləkə kimi yadda qalacaq. Ölkələrimizin müstəqilliyi, təhlükəsizliyi, gələcəyi və Asiyadakı lider mövqeləri naminə bu konfransın ləğv edilməsini yüksək qiymətləndirirəm" deyib.

“Bu, bizim birliyimizə də xələl gətirəcək”.

Perinçekin Əliyevə məktubu belədir:

“Azərbaycan prezidenti Cənab İlham Heydəroğlu Əliyev

Mətbuatda yer alan məlumatlara görə, 2025-ci il noyabrın 4-6-da Bakıda "Avropa Ravvinlər Konfransı"nın keçiriləcəyini öyrəndik. Həmçinin mətbuatda bildirilir ki, yüzlərlə ravinin bir araya gələcəyi bu konfransda İbrahim razılaşmaları və sionizmə dəstək fəaliyyətləri müzakirə olunacaq. Bundan əvvəl heç bir müsəlman paytaxtı bu konfransa ev sahibliyi etməyib. Qərbi Asiya və Qafqazdakı ölkələrimizə və qonşularımıza qarşı təhdidlər, eyni zamanda bütün bəşəriyyət, türk və İslam dünyasında birliyimizə zərər verəcək bu tədbir Bakıda keçirilməməlidir. Mən bunu sizin təqdirinizə təqdim edirəm.

Təcrübəli rəhbərliyinizlə Azərbaycanın ABŞ-İsrail cəbhəsində iştirak etməsi mümkün deyil. Bu konfransın qardaş Azərbaycanda keçirilməsi həmişə bir ləkə kimi yaddaşlarda qalacaq. Ölkələrimizin müstəqilliyi, təhlükəsizliyi, gələcəyi, yüksələn Asiya sivilizasiyasında lider mövqeyi naminə bu konfransın ləğv edilməsini yüksək qiymətləndirərdim".