Fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarına cəza istəyib.
AXCP üzvü Turan İbrahim məlumat yayıb ki, prokuror Saleh Rüstəmova 8 il, Aqil Məhərrəmli və Babək Həsənova 7 il 6 ay, Vidadi Rüstəmli və Ruslan Nəsirliyə 3 il 6 ay şərti cəza istəyib.
Məlumata görə, hakimin fevralın 27-də hökm oxuyacağı gözlənilir.
AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov, partiyanın Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli mayın 25-də həbs olunub.
Onlar Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Saleh Rüstəmovla birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar.
İddia olunur ki, S.Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi pulları onlar alıb partiya rəhbərinə çatdırıblar.
AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib və həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.
Əli Kərimli deyib ki, Saleh Rüstəmli ilə uzun illərin dostudur.
S.Rüstəmov ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.
Adlarıçəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Toplum Tv
Prokuror AXCP üzvlərinə iş istəyib
Oxşar xəbərlər