Gürcüstanın paytaxtı Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında partlayış baş verib, nəticədə binanın bir hissəsi dağılıb.
Gürcüstanın Birinci Kanalının məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində beşmərtəbəli binada qeydə alınıb. Partlayışa məişət qazı ilə işləyən qızdırıcının səbəb olduğu ehtimal edilir.
Hadisə nəticəsində ölənlərin ümumi sayı 6-ya çatıb. Onların 3-ü qadın, 1-i kişi, 2-si isə uşaqdır.
Axtarış-xilasetmə əməliyyatı başa çatıb. Partlayış baş vermiş yaşayış binasının dağıntıları altında qalan sonuncu şəxsin meyiti aşkarlanıb.
Qeyd edək ki, hadisə zamanı 4 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Dağıntılar altında qalan 7 nəfərdən yalnız biri — üç yaşlı uşaq sağ çıxarılıb.
Tbilisidə binada partlayış baş verib, dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb