İsrail qüvvələri Livanın cənubundakı bir sıra yaşayış məntəqələrinə hava və qurudan zərbələr endirib.
Bu gün (şənbə) sübh saatlarında işğalçı qüvvələr hərbi texnikanın Bəraşit qəsəbəsinin kənarlarına doğru hərəkəti ilə paralel olaraq, yaşayış məntəqəsi istiqamətində pulemyotlardan intensiv atəş açıblar. Həmçinin, İsrail ordusu Əl-Xiyam şəhərinin ətrafında güclü partlayış törədib.
Bundan əlavə, İsrail hərbi aviasiyası Əl-Qəntərə qəsəbəsinə hava zərbəsi endirib, Kəfrtibnit qəsəbəsini isə bir neçə dəfə bombalayıb. Nəbatiyə rayonunun Şukin qəsəbəsi üzərində İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) partladığı bildirilir. Eyni zamanda, Beyrutun cənub ətrafı üzərində PUA-ların uçuşları müşahidə olunur.
İsrail ordusu Livanın cənubunu intensiv atəşə tutub

Oxşar xəbərlər