Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində keçirilən APEC sammitində çıxışında Rusiyanın sanksiyalara qarşı davamlı olduğunu, Avropa İttifaqının isə böhran keçirdiyini iddia edib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrində həyat səviyyəsi avrozona üçün "alçaldıcı şəkildə" aşağı düşür.
Putinə görə, Rusiya rəqəmsal transformasiyanın ön sıralarındadır və onun hazırladığı dil modelləri dünyanın ən yaxşıları sırasındadır. Bundan əlavə, ölkə bütün dünyada işləyə bilən müstəqil maliyyə əməliyyatları sistemi yaradıb.
Putinin Rusiya və Avropa İttifaqı ölkələrindəki vəziyyəti müqayisə edərək səsləndirdiyi fikirlər reallıqdır, yoxsa sadəcə siyasi bəyanatdır?
Ekspert Abutalıb Səmədov da Rusiya prezidentinin Avropa İttifaqı ölkələrindəki vəziyyətlə öz ölkəsindəki vəziyyəti müqayisə edərək səsləndirdiyi fikirləri həqiqətə uyğun adlandırıb:
"Rusiyanın Ümumdaxili məhsulu son illər həqiqətən də Avropaya nisbətən yüksək sürətlə artdı. Baxmayaraq ki, bu artım əsasən hərbi-sənaye kompleksinin hesabına oldu və Rusiya əhalisinin həyat şəraiti yaxşılaşmaq əvəzinə biraz da pisləşdi. Ancaq Avropa Rusiya qazından imtina elədi. Avropa Rusiya qazını ABŞ-dan aldığı maye qazla Norveçin, Azərbaycanın və digər ölkələrin satdığı qazla əvəzləməyə çalışdı. Təbiidir ki, qiymətlər xeyli artdı. Üstəlik Tramp hakimiyyətə gəldikdən sonra Ukraynaya yardımı tamamilə dayandırdı və bütün yükü Avropanın üzərinə qoydu. Trampa qədər Ukraynaya yardımın ən azı yarısı ABŞ-ın üzərinə düşürdü. Tramp hakimiyyətə gəldikdən sonra bütün ağırlıq Avropa zonası ölkələrinin üzərinə düşdü. Bu da iqtisadi vəziyyətin ağırlaşmasına gətirib çıxardı. Avropada işsizlik artdı, inflyasiya səviyyəsi yüksəldi, ümumdaxili məhsulun artımı 1 faiz həndəvərində oldu. Avropa ölkələri bu gün çox ciddi iqtisadi çətinliklər yaşayır və artıq Ukraynaya planlaşdırılan yardımları etməkdə də çətinlik çəkirlər. Polşa, Bolqarıstan ciddi şəkildə Ukraynaya yardımdan imtina etməyə çağırırlar. Gələn il bir sıra Avropa dövlətlərində mühüm seçkilər gözlənilir. Fransada prezident seçkiləri, Polşada, Yunanıstanda, İtaliyada və digər ölkələrdə parlament seçkiləri keçiriləcək və bu seçkilər Ukraynaya yardım əleyhinə olan qüvvələrin qalib gəlməsi ilə nəticələnə bilər. Çünki artıq Avropa ölkələri əhalisi iqtisadi sıxıntılardan yorulub və əsas günahı Ukraynaya olan yardımlarda görür. Bu təhlükələr də nəzərə alınmalıdır. İlk növbədə Marine Le Penin qalib gəlmək ehtimalı var. Bütün bunlar Avropada vəziyyəti biraz da gərginləşdirəcək və Ukraynaya yardımların xeyli azalmasına səbəb olacaq. Ukrayna məsələsi təkcə Ukraynanın daxili məsələsi deyil. Bu, ilk növbədə Avropanın təhlükəsizliyi məsələsidir. Ancaq əhali təbiidir ki, bunu bu cür qəbul etmək istəmir. Bu səbəbdən Ukraynaya yardımların azalması son nəticədə Rusiyanın əlini gücləndirəcək. Putinin Çində o cür nikbin bəyanatlar verməsinin kökündə həm də bu dayanır”.
Sanksiyalardan Rusiya, yoxsa Avropa ölkələri böhran keçirir?