Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin apelyasiya şikayətinə baxılıb.
Bu barədə "Report.az" xəbər verib.
Xəbərə görə, Habil Məmmədovun sədrlik etdiyi kollegiya F.Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətin təmin edilməməsi ilə bağlı qərardan verilən şikayəti təmin etməyib.
F.Əhmədli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. 2016-cı il avqust ayının 18-də saxlanılan F.Əhmədli "Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürməkdə ittiham edilib.Onun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətinə bu il mayın 1-də Suraxanı Rayon Məhkəməsində baxılıb və təmin edilməyib.
AXCP üzvünün apelyasiya şikayəti təmin edilməyib
Oxşar xəbərlər