İsrail ordusu Qəzza zolağında əməliyyata başladığını təsdiqləyib

İsrail ordusu və ölkənin Daxili Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağında “sarı xətt”in qərbində HAMAS-a məxsus tunelin məhv edilməsi iddiası ilə yenidən cəhənnəmə çevirdikləri ərazidə birgə əməliyyata başlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

İddiaya görə, tunel İsrail hərbçiləri üçün birbaşa təhlükə yaratdığı üçün onlar bu əməliyyata başlayıb.

İsrail ordusu öz cinayətlərinə haqq qazandırmaq üçün güya atəşkəs razılaşmasına uyğun olaraq bölgədə yerləşən qüvvələrinin təhlükələrini aradan qaldırmaq üçün fəaliyyətini davam etdirdiyini açıqlayıb. Həqiqətdə isə bu rejim Fələstin ərazilərinin işğalını davam etməklə bu ölkədə təmizləmə siyasəti aparır. Buna nümunə olaraq az qala bütün dünya Fələstinin dövlət olaraq müstəqilliyinin elan edilməsinə israrlı olduğu halda İsrail hələ də buna maniə olaraq qarşısını almağa davam edir.