Noyabrın 14-dən 19-dək Raman Abışov, Elçin Əmirov və Orxan Kəngərlinin saxlanıldığı məlum olub. Onlardan ikisi dələduzluq və hədə-qorxu ilə tələb etməkdə, biri isə güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.
Həbs edilən vəkillər indiyədək bir sıra diqqətçəkən məhkəmə işlərində iştirak ediblər.
Raman Abışov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili olub. O, Əliyevanın “Bakı Oksford Məktəbi”nin binası ilə bağlı əmlak mübahisəsində hüquqlarını müdafiə edib.
Abışov noyabrın 14-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, hədə-qorxu ilə tələb etməkdə ittiham olunur və barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Noyabrın 16-da saxlanılan Elçin Əmirov isə Qarabağdakı keçmiş separatçı qurumun parlament sədri Davit İşxanyanın müdafiəçisi olub. Əmirov 2025-ci ildə Bakı Hərbi Məhkəməsində İşxanyana bəraət verilməsini istəmişdi.
Vəkilin özünə qarşı təkrar dələduzluq və hədə-qorxu ilə tələb etmə maddələri ilə ittiham irəli sürülüb. O, üç aylıq həbs edilib.
Noyabrın 19-da “Alyans” Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli də saxlanılıb.
Yerli medianın məlumatına görə, onun da daxil olduğu beş nəfərin saxlanıldığı əməliyyatda güclü təsir edən maddələr aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə cinayət işi başlanıb.
Kəngərli daha əvvəl Müdafiə Nazirliyinin keçmiş baş zabiti Zahid Niftəliyevin vəkili olub. Niftəliyev rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə edilirdi.
2019-cu ildə isə Kəngərli müvəkkilini müdafiə etmək üçün getdiyi polis bölməsində zorakılığa məruz qaldığını iddia etmişdi.
Həbs edilən vəkillərin əvvəlki müdafiə fəaliyyətləri ilə hazırkı cinayət işləri arasında əlaqə olduğuna dair təsdiqlənmiş məlumat yoxdur.
Vəkillər Kollegiyasının məlumatına görə, 2026-cı ilin əvvəlindən 123 intizam işi başlanıb: 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 27 vəkil cərimələnib.
Kollegiya həbs edilən üç vəkillə bağlı ayrıca rəsmi mövqe açıqlamayıb.
Azərbaycanda son bir həftə ərzində üç vəkil barəsində cinayət təqibi başlanıb

Oxşar xəbərlər