Rakurs.tv AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü, gənc fəal Orxan Baxışlı saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsindən göndərdiyi məktubu təqdim edir:
Azadlığına can atan adam...
Totalitar rejimlərin hamısının qorxduğu bir an, bir məqam var: o da azadlığını istəyən adamın bir vaxt ayağa durması anıdır. Bu hər yerdə - İtaliyada, Misirdə, Suriyada, elə bizdə də belədir. Onlar etdiklərinin bədəlini ödədilər. Düzdür, hələ də bu xalqlar əziyyət çəkirlər, ancaq sonunda qazanan da onlardırlar. Bəs mahiyyətcə onlardan fərqli olmayan bizdəki rejimin aqibəti necə olacaq?
Milli Şuranın keçirdiyi mitinqə gələnlər və mitinqə sosial şəbəkə vasitəsilə qoşulan insanlar öz etirazları ilə bu sualın cavabını çözdülər. Onlar qətiyyətlə bu hakimiyyətə “get!” dedilər. Danışan iqtidar yetkililərinin və onun ucuz təbliğatçılarının həyəcanlı simalarından anlamaq olur ki, artıq onlar qorxurlar. Onlar bu kampaniya ilə özləri özlərinə təsəlli verir, sanki uşaq qorxudurlarmış kimi davranırlar. Düşünmürlər ki, daha vəziyyətdən çıxış yolu yoxdur, insanların səbr kasası daşıb. Daha əvvəl hədə-qorxu, həbslə bunun qarşısını ala bilirdilərsə, indi onu da etmək effekt vermir. Artıq insanların gələcəyə olan ümidsizliyi qorxularına qalib gəlib və sabah böyük qəzəbə səbəb olacaqdır. Cəmiyyət dərk eləyib ki, qarayaxmalar müxalifətə yox, onların özlərinə yönəlib. Çünki indi meydanda müxalifətdən çox xalqın özü narazılıq edir.
Hələ də qəflət yuxusunda yatan insanlar var və anlamırlar ki, proses Azərbaycanla bağlı deyil. Bir az zəhmət çəkib ətrafımızda baş verənlərə baxsalar görərlər ki, heç bir qüvvə bu gedişatın qarşısını ala bilməyəcəkdir. Əgər bir neçə illər bundan qabaq müxalifət xalqı mübarizəyə səsləyirdisə, indi bunun tam əksinin şahidi oluruq: insanlar qəzəblə müxalifəti mübarizəyə səsləyir. Onun üçün də hələ gec deyil. Hadisələr daha da gərginləşməmiş buna bir son verin. Bunu həm də övladlarınızın gələcəyi sizdən tələb edir. O övladlar ki, hər səhər durub dərindən nəfəs alıb düşünəcəklər: Ya Rəbbim, sənə çox şükürlər olsun ki, bizi də azad dünyanın bir parçasına çevirdin...
Orxan Baxışlı
AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü, gənc fəal Orxan Baxışlı saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsindən məktub göndərib

Oxşar xəbərlər