AXCP fəalı məhkəmə binasının qarşısında saxlanılıb

Bakı Apelyasiya Məhkəməsinin binasının qarşısında AXCP fəalı Emin Manıyev saxlanılıb.
 
"Turan” İnformasiya Agentliyinin məlumatına əsasən, hadisə oktyabrın 29-u saat 11:30 radələrində baş verib.
 
Emin Manıyevi mülki geyimli şəxslər saxlayıblar.
 
"Facebook” sosial şəbəkəsində Emin Manıyevin saxlanılmasını əks etdirən video da paylaşılıb.
 
Demokratik Qüvvələrin Milli Şurası noyabrın 2-də mitinq keçirmək barədə qərar qəbul edib. Mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə iki yer – metronun "28 may” stansiyasının qarşısı və "Məhsul” stadionu təklif edilib.
 
AXCP hesab edir ki, fəalın həbsi sifarişlidir və mitinqlə bağlıdır. Rəsmi qurumlar E.Manıyevin saxlanması ilə bağlı hələ məlumat yaymayıblar.