BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi altıya qarşı doqquz səslə Myanmanın rohinca müsəlman azlığına qarşı soyqırımı törətdiyi barədə qərar çıxarıb.
TASS xəbər verir ki, məhkəmə öz tarixində ilk dəfə bir dövləti soyqırımı törətməyə görə məsuliyyət daşıyan tərəf kimi tanıyıb.
Haaqada Qambiyanın iddiası üzrə qərarı elan edən məhkəmənin sədri Yuji İvasava bildirib ki, Myanma “Rakhayn ştatının şimalında rohinca qrupuna qarşı soyqırımı törədərək Soyqırımı Konvensiyası üzrə öhdəliklərini pozub”.
Məhkəmə müəyyən edib ki, 2017-ci ildə keçirilən əməliyyat zamanı Myanmanın təhlükəsizlik qüvvələri rohinca icmasına mənsub minlərlə dinc sakini öldürüb və Banqladeşə qaçmağa çalışan insanlara hücumlar həyata keçirib. Hakimlərin qiymətləndirməsinə görə, onlar “rohincaların əhəmiyyətli bir hissəsini məhv etmək niyyəti ilə hərəkət ediblər”.
Qambiya 11 noyabr 2019-cu ildə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Qambiya Myanmanın Konvensiya üzrə öhdəliklərini pozduğunun tanınmasını, ehtimal edilən beynəlxalq hüquqa zidd əməllərə son qoymağa məcbur edilməsini, rohinca icmasından olan soyqırımı qurbanlarının mənafeyi naminə vurulmuş zərərin ödənilməsinin təmin edilməsini və pozuntuların təkrarlanmayacağına dair təminatların verilməsini tələb edib.
23 yanvar 2020-ci ildə məhkəmə Myanmaya münasibətdə müvəqqəti tədbirlər haqqında qərar çıxarıb. Sonradan ölkə hakimiyyəti məhkəmənin yurisdiksiyası və Qambiyanın ərizəsinin qəbuledilənliyi ilə bağlı ilkin etirazlar irəli sürüb. 22 iyul 2022-ci ildə məhkəmə iddiaya baxmaq üçün yurisdiksiyaya malik olduğunu təsdiqləyib və ərizəni qəbuledilən hesab edib.
İşə daha 11 dövlət də qoşulub: Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, Konqo Demokratik Respublikası, İrlandiya, Kanada, Maldiv adaları, Niderland, Sloveniya və Fransa. Məhkəmə onların təqdim etdikləri yazılı qeydləri kifayət hesab edib və bu ölkələri şifahi dinləmələrdə iştiraka cəlb etməyib. İşin mahiyyəti üzrə dinləmələr 12–29 yanvar 2026-cı il tarixlərində keçirilib.
Myanma hakimiyyəti dini etiqadına görə müsəlman olan rohincalara vətəndaşlıq verməkdən imtina edir. Myanmada etnik ayrı-seçkilik şəraitində yaşayan rohincalar Banqladeşdə və Cənub-Şərqi Asiyanın digər ölkələrində sığınacaq tapmağa çalışırlar.
BMT Məhkəməsi: Myanma rohinca müsəlmanlarına qarşı soyqırımı törədib