AXCP-nin şöbə sədri saxlanılıb

Avqustun 23-də gecə saatlarında Azərbaycan Xalq Cəbhəsi Patiyasının (AXCP) Şəki rayon şöbəsinin sədri Mübariz Abdulkərimov yolda gedərkən saxlanılaraq Şəki Polis İdarəsinə aparılıb.
 
Bu barədə AXCP-nin məlumatında deyilir.
 
AXCP fəalın bu gün məhkəmə qarşına çıxarılacağını bildirir.
 
"AXCP-yə qarşı repressiyalar davam edir,” - partiya son həbsləri belə qiymətləndirir.
 
Mübariz Abdulkərimov son iki gündə polis tərəfindən saxlanılan beşinci partiya üzvüdür.
 
Onlardan Səhlədar İsgəndərli 60 sutka, Vilayət Məmmədov 30 sutka, Ceyhun Novruzov 10 sutka inzibati həbsə məhkum edilib, Elzamin Salayev isə 50 manat cərimələnib.