İki MBH üzvü azadlığa çıxıb

Həbs dövrünü başa vuran iki Müsəlman Birliyi Hərəkatının üzvü azadlığa çıxıb. Məhbuslardan biri Vahid Əhmədov, digəri isə Vüqar Alıyevdir.

Əhmədov Vahid Vahir oğlu 2023-cü ilin 15 mayında saxlanılmışdı. Kütləvi həbslərin davam etdiyi o dönəmdə inanclılar narotiklərlə bağlı ittihama məruz qalırdı. Vahidin də ittihamı eynilik təşkil edirdi. 2024-cü ilin 30 yanvarında keçirilən məhkəmə inanclını narkotiklərlə bağlı saxta ittihamda müqəssir bilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etdi.

Vahid Əhmədov noyabrın 15-də cəza çəkdiyi 17 saylı müəsisədən azadlığa buraxılıb.

Alıyev Vüqar Arif oğlu isə 2022-ci il 18 noyabrında saxlanılmışdı. Şərlənən bu inanclı da narkotiklərlə bağlı ittiham olunmuşdi. Məhkəmənin 2023-cü il 22 noyabrda keçirilən iclasında o, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Vüqar Alıyev noyabrın 18-də cəza çəkdiyi 10 saylı müəsisədən azadlığa qovuşub.