Bu gün (18 sentyabr) AXCP üzvü Orxan Baxışlıya hökm oxunmasından 1 il ötür. Gənc fəala 18 sentyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il azadlıqdan məhrum edilməsi barədə hökmü oxuyub. Orxan Baxışlının anası Kəmalə.... və hal - hazırda həbsdə olan digər AXCP üzvü Fuad Əhmədlinin atası Zəfər Əhmədov gənc fəalla bağlı düşüncələrini bizimlə bölüşdülər.
Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi. 18 sentyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi O. Baxışlının 6 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. 10 dekabr 2018-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. İyunun 4-də Ali Məhkəmə Orxan Baxışlıya qarşı irəli sürülmüş ittihamın 234.4.3dən (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) 234.1-ə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə,daşıma) tövsiv olunduğunu (yəni satış məqsədi götürüldü) cəzasının 6 ildən 3 ilə endirildiyini elan edib.
AXCP üzvünün anası oğlunun həbsinin 1-ci il dönümü münasibətilə danışdı - Video

Oxşar xəbərlər