Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Tale Bağırzadənin telefon əlaqələrinin yenidən məhdudlaşdırıldığı bildirilir. Bu barədə onun bəyanatını məhbuslardan birinin vasitəsilə yaxınlarına çatdırdığı mətndə qeyd olunub.
Bağırzadə bu məhdudiyyəti cəmiyyətdə baş verən hadisələrlə əlaqəsinin kəsilməsi və mövqeyini ifadə etməsinə maneə yaradılması kimi qiymətləndirib:
“12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cavid Səfərov xüsusi xidmət orqanlarının sifarişi əsasında yenə də telefon zənglərimizi qanunsuz olaraq məhdudlaşdırıb. Müəssisə daxilində zorakılıq, işgəncə və özbaşınalıqların ictimaiyyətə çatdırılmasına, eləcə də ölkə daxilində və xaricində baş verən hadisələrə münasibət bildirməyimizə qoyulan bu qadağa sistemin, rejimin necə qorxu və həyəcan içində olduğunun bariz nümunəsidir”, — deyə ilahiyyatçı bildirib.
Yaxınlarının verdiyi məlumata görə, təhsil müəssisələrində hicab qadağasından sonra, oktyabrın 8-dən etibarən Bağırzadənin telefon zəngləri bir ay müddətində məhdudlaşdırılıb. Noyabrın 15-də yalnız bir dəfə telefon danışığına imkan verildikdən sonra əlaqələrinə yenidən məhdudiyyət qoyulub.
“Bu məhdudiyyət hakimiyyətin növbəti dəfə səsimizi boğmaq cəhdidir”

Oxşar xəbərlər