İyunun 11-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Bəşir Tarıverdiyevin Nәsimi Rayon Mәhkәmәsinin qәrarı ilә 100 manat cәrimәlәndiyi bildirilir.
Onun İnzibati Xәtalar Mәcәllәsinin 510-cu (xırda xuliqanlıq) maddәsi ilә tәqsirli bilindiyi qeyd edilir.
Bu barədə AzadlıqRadiosuna Bəşir Tarıverdiyevin özü məlumat verib.
AXCP üzvünün vurğulamasına görə, orada onun barәsindә protokol tәrtib olunub. O qeyd edirb ki, küçәdә söyüş söymәkdә ittiham olunub: "Axşam mәni evә buraxdılar, lakin sәhәr saat 9-da Nәsimi Rayon Mәhkәmәsinә gәlmәyimlә bağlı yazılı iltizam aldılar. İyunun 11-də isә mәhkәmә mәni 100 manat cәrimәlәdi".
Bəşir Tarıverdiyev bildirib ki, qanunazidd heç bir hәrәkәt etmәyib vә cәzanın sәbәbi sosial şәbәkәdә yazdığı tənqidi şәrhləridir. O әlavә edib ki, mәhkәmәnin qәrarından apellyasiya şikayәti verәcәk.İyunun 10-da səhər saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon Şöbəsinin fəalı Bəşir Tarıverdiyev bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılaraq qeyri-müəyyən istqamətə aparılıb.
İyunun 10-da səhər saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon Şöbəsinin fəalı Bəşir Tarıverdiyev bir neçə mülki geyimli şəxs tərəfindən saxlanılaraq qeyri-müəyyən istqamətə aparılıb.
AXCP üzvü mәhkәmәyə çıxarılıb
Oxşar xəbərlər