Sürücü tunelin girişində qatarın əyləcini bassa da, vaqonların bir hissəsi tunelə daxil olub
Bakı Metropoliteninin qatarı reysdə olarkən yararsız hala düşüb. Bu barədə Sputnik Azərbaycan-a hadisənin şahidi olan sərnişinlər məlumat veriblər.
Vaqonlarda olan sərnişinlərin sözlərinə görə, qatar "Sahil" metrostansiyasından "İçərişəhərə"ə doğru hərəkət edərkən, tüstülənməyə başlayıb. Sürücü tunelin girişində qatarın əyləcini bassa da, vaqonların bir hissəsi tunelə daxil olub.
Bütün sərnişinləri təcili olaraq qatarlardan düşürüblər. Tunelə daxil olmuş iki vaqondakı sərnişinləri isə metropolitenin işçiləri tunellə gətirərək çıxarıblar. Sonra qatar stansiyanı tərk edib.
Sputnik Azərbaycan-ın əməkdaşı baş vermiş hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O, sözügedən insidentin baş verdiyini təsdiqləyib.
Məmmədovun sözlərinə görə, "Həzi Aslanov"-"İçərişəhər" xətti ilə hərəkət edən qatarın maşinist heyəti qatarda nasazlıq yarandığından sərnişinləri evakuasiya etmək qərarına gəliblər: "Sonra onlar qatarı texniki baxış üçün depoya çəkiblər".
Lakin "Bakı Metropoliteni" QSC-nin nümayəndəsi iş zamanı qatarda hansı nasazlığın yarandığını dəqiq qeyd etməyib. Bununla yanaşı, o, sərnişinlərin vaqonlarda tüstülənmənin olduğu barədə dediklərini təkzib edib.
"Qatarda baş verən nasazlıq onun istifadə müddətinin başa çatması ilə əlaqədar ola bilərmi?" sualına isə Məmmədov qəti cavab verib: "Biz istifadə müddəti başa çatmış qatarı yola buraxmırıq. Bunu etmək olmaz. Bizdə istifadəyə yararsız qatar yoxdur".
Metropolitenin nümayəndəsi yoxlandıqdan sonra qatarda nasazlığın nədən yarandığı barədə açıqlama verəcəyinə söz verib.
Bakı metrosunda tüstülənmə: Sərnişinlər təcili təxliyə olunublar

Oxşar xəbərlər