BDU-nun 1-ci korpusunda tüstülənmə olub

Bakı Dövlət Universitetində tüstülənmə olub.

FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş verib.

Yanğın olmayıb.

Tüstülənmənin qarşısı yanğın bölmələri tərəfindən alınıb.