Metroda qatar probleminin səbəbi açıqlandı

Bu gün səhər saatlarında 08:45 radələrində Bakı metrosunda "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qataralrın hərəkətində gecikmələr müşahidə edilib. Qatarlar 6-7 dəqiqə intervalla hərəkət edib. Nəticədə isə stansiyalarda sərnişin sıxlığı yaranıb.

Bu barədə Modern.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Dərnəgül" stansiyasında avtomatik idarəetmədə texniki nasazlıq baş verdiyini deyib:

“Bu səbəbdən qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib. Qatarların bir qismi "Memar Əcəmi", bir qismi isə "Azadlıq prospekti" stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüblər. Yalnız bəzi qatarlar "Dərnəgül" stansiyasına qədər hərəkət edib. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb". 

B.Məmmədov hazırda intervalın bərpa dildiyini bildirib.