İyulun 1-dən Bakı metrosu yay qrafikinə keçir

İyulun 1-dən Bakı metropoliteni yay iş qrafikinə keçir, bu, sərnişin axınının azalması ilə bağlıdır.

"Bakı Metropoliteni" QSC-nin məlumatına görə, iyulun 1-dən tədris ilinin başlanğıcına qədər (15 sentyabr) "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə qatarların hərəkət intervalı əvvəlki kimi 2 dəqiqə deyil, 2,5 dəqiqə təşkil edəcək.

Səhər tezdən və axşam sərnişin axını azaldıqda interval 3 dəqiqəyə qədər və daha çox artırılacaq.

"28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına olan məsafədə sərnişinlərin çox olduğu zaman interval beş dəqiqə, qalan vaxt 6 dəqiqə və daha çox olacaq. -06D-