Metronun "Elmlər Akademiyası" stansiyasında 25-30 yaşlı gəncin vəziyyəti pisləşib.
Qaynarinfo xəbər verir ki, hadisə səhər 08:20 radələrində baş verib.
Ərazidə olan əməkdaşımızın sözlərinə görə, vəziyyəti pisləşən sərnişinə vətəndaşlar və metropolitenin növbətçi əməkdaşları köməklik göstərib, daha sonra əraziyə həkim çağırılıb. Həkim müdaxiləsindən sonra sərnişinin vəziyyəti stabilləşib.
Bakı metrosunda sərnişinin vəziyyəti pisləşdi, həkim çağırıldı
Oxşar xəbərlər