Metroda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi

"Bu gün səhər saatlarında metronun 20 yanvar stansiyasında qatarlarda gecikmə olub".

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Publika.az-a verdiyi məlumata görə, qatarların gecikməsinə səbəb maşinistin qatarların qapısında yaranan problemə baxması olub:

"Səhər metronun "Xalqlar Dostluğu" stansiyasında qatarların qapısında problem olub. Maşinist problemi həll etmək üçün qatarların qapısını yoxlayıb. Bu da metronun 28 may stansiyasına qədər olan intervalda 2 dəqiqə, 20 yanvar stansiyasına qədər olan məsafədə isə 4-5 dəqiqə yubanmaya səbəb olub. Qeyd edim ki, təlimat qaydalarına əsasən qatarlarda şübhəli məqam olduqda maşinist bunu yoxlamalıdır".

Qatardakı sıxlıq səbəbindən "İnşaatçılar" stansiyasında qatara minən sərnişin xanımın ayağı əzilib.