Bakı metrosu yenə qarışdı: vaqonlar boşaldıldı

Bu gün səhər saat 08:30 radələrində Bakı metrosunda qatar "Həzi Aslanov"dan "İçərişəhər"ə sərnişinsiz gedib.
 
Milli.Az-a istinadən xəbər verilir ki, növbətçinin "Qatara minik yoxdur" xəbərdarlığı sonrası platformaya daxil olan qatar saxlamadan yoluna davam edib.
 
8 dəqiqə sonra əks istiqamətdə (Üzü "Həzi Aslanov" stansiyasına doğru) hərəkət edən sərnişinlə dolu qatar növbətçinin növbəti "Qatara minik yoxdur. Vaqonları tərk edin" xəbərdarlığı ilə metroda yaranan sərnişin sıxlığı pik həddə çatıb.
 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Milli.Az-a verdiyi məlumata görə, "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın sərnişinlərinin dərhal vaqonları tərk ertmələrinə, vaqonlardan birinin qapısında yaranan nasazlıq səbəb olub.