Bu il metrodan 150 milyondan çox sərnişin istifadə edib

Cari ilin yanvar-avqust aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 150,4 milyon nəfərə çatıb.