Noyabrın 4-də Bakı şəhəri Xəzər Rayon Məhkəməsində altı inanclı xanımın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclasda şahidlərin məcburi qaydada məhkəmədə iştirakının təmin ediləcəyi gözlənilsə də, onlardan yalnız bir nəfəri prosesə qatılıb.
Məhkəmənin süni olaraq uzadılmasına etiraz edən qadınlar məlum addımları onlara qarşı psixoloji təzyiq olaraq qiymətləndiriblər. Məhkəmədə şahid qismində iştirak edən şəxs isə hadisədən uzun müddət keçməsini əsas gətirərək məsələni xatırlamadığını bildirib və suallardan yayınmağa çalışıb. O, ilkin ifadəsini məqbul bilərək heç bir əlavə etmədən salonu tərk edib və məhkəmə bununla da yekunlaşıb.
Növbəti məhkəmə prosesi noyabrın 30-u saat 15:00-a təxirə salınıb.
Qadınların məhkəmə prosesinin açıq keçirilməsinə baxmayaraq, hər dəfə bir maneə ilə ailələrin salona gəlişi qadağan olunur. Bu dəfə də ailələrin məhkəmə başlamazdan əvvəl gəldikləri salona yaxınlaşan konvoy əməkdaşları onlara bildiriblər ki, məhbuslar salona daxil olana qədər otağı boşaldıb həyətdə gözləsinlər.
Qəribəsi də budur ki, sonradan ailələr dəfələrlə qapıya yaxınlaşsalar da, onları məhkəmə keçirilən əraziyə buraxmayıblar. Məhbuslardan birinin yaşlı anası bu barədə məhkəmə işçisinə şikayət edib. Ona bildirilib ki, məhkəmə açıqdır və onların salona gəlmələrinə heç bir maneə yoxdur. Amma məhkəmə başlamazdan öncə onlara yaxınlaşan ərazi polis işçiləri “yuxarıların” tapşırığını bildirərək ailələri məhkəmə salonuna buraxmamaq göstərişi veriblər.
Məlum hadisə bu dəfə də məhkəmənin gedişində yaşanıb. Yalnız məhkəmənin son dəqiqələrində bəzi valideynlər salona buraxılıb ki, bu da bir neçə dəqiqə ilə yekunlaşıb.
İnanclı xanımların növbəti məhkəmə prosesinə yenə şahidlər gəlməyib

Oxşar xəbərlər