Livanda şəhidlərin sayı 2 min 600-ü ötüb

İsrail ordusunun Livana qarşı dünənki hücumlarında 41 nəfərin şəhid olduğu, nəticədə Livan şəhidlərinin sayının 2 min 634 nəfərə yüksəldiyi açıqlanıb.

Livan Səhiyyə Nazirliyi İsrailin hücumları ilə bağlı yazılı açıqlama verib.

Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada qatil İsrail ordusunun dünən Livanın bir çox bölgəsinə 125 hava hücumu təşkil etdiyi və bu hücumlarda 41 nəfərin şəhid olduğu, 133 nəfərin yaralandığı bildirilib.

Bildirilib ki, İsrailin 2023-cü il oktyabrın 8-dən Livana həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 2 min 634-ə, yaralıların sayı isə 12 min 252-yə yüksəlib.