İsrailin Qəzzanın şimalında məktəbi atəşə tutması 7 nəfərin ölümünə səbəb olub

İsrail əsgərlərinin Qəzza zolağının şimalındakı Beyt Lahia şəhərində məktəbi tanklardan atəşə tutması nəticəsində azı 7 nəfər həlak olub.

Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, son 24 saat ərzində İsrail hərbçiləri anklavın müxtəlif şəhərlərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən 20-dən çox hücum həyata keçiriblər.

 

APA