Həşdi-Şabi İraqın təhlükəsizlik aparatının ayrılmaz bir hissəsi kimi strukturlaşdırılacaq

"Al Jazeera"nın məlumatına görə, İraqın Baş naziri Əli Zeydi yaydığı bəyanatda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədən tamamilə çıxdığını bildirib.

Zeydi qeyd edib ki, 1 oktyabr 2026-cı il tarixi tam suverenliyin bərqərar olması və silahların dövlət nəzarətinə keçməsi prosesinin başlanğıcı olacaq.

O, həmçinin vurğulayıb ki, onlar İraq ərazisinin və ya hava məkanının qonşu ölkələrin təhlükəsizliyini təhdid edən hər hansı fəaliyyət üçün istifadə edilməsinə icazə verməyəcəklər.

"Xalq Səfərbərlik Qüvvələri" (Həşdi-Şabi) ilə bağlı qanunvericiliyin qəbul ediləcəyini açıqlayan Zeydi bildirib ki, təşkilatın təhlükəsizlik sistemindəki mövqeyi hüquqi cəhətdən müəyyən ediləcək və o, Silahlı Qüvvələrin komandanlığı altında təhlükəsizlik aparatının ayrılmaz bir hissəsi kimi strukturlaşdırılacaq.