“Sülh və Demokratiya İnstitutu” “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” ilə birlikdə 2024-cü ilin son siyasi məhbus siyahısını dərc edib. Yeni siyahı gözlənildiyi kimi məhbusların sayını artırıb. Sentyabrda hazırlanan siyahıda 319 nəfərin adı keçirdisə də, bu müddətdə 17 nəfər artım olaraq say 331-ə yüksəlib. Təəssüf ki, antirekord olaraq yenə inanclılar siyahıya başçılıq edir.
Bitirməkdə olduğumuz 2024-cü ildə bu hazırlanan son siyahıdır. Bu ilin iyunun 14-də hazırlanmış siyahıda 303-nəfərin adı keçib ki, onların 216-nəfəri inanclılardır. Sentyabrın 23-də yenilənmiş siyahıya 319 nəfərin adı daxil edilib ki, bu dəfə də inanclılar qrupun məhbus siyahısında ən öndə olub. Onlar burada 227 siyasi məhbusla təmsil olunublar. Son olaraq dekabrın 12-də yayılan siyasi məhbus siyahısı inanclıları 331 məhbusun 233-nə yüksəldib.
Məlum bir mənzərədir, 216 - 227 və 233. Bəzi inanclı siyasi məhbusların həbs dövrü bitib azadlığa çıxsalar da, görünən budur ki, həbslərin gerçəkləşdiyi ortamda inanclıların sayının azalması deyil, artmasına şahidlik edirik.
Bu rəqəmlər inanclıların, dini baxışlarına görə məhbəs həyatı yaşayan dindarların həqiqi sayından qat-qat azdır. Əgər günahı yalnız inancı olan və həbs həyatı yaşayan vicdan məhbuslarının siyahıya alınması gerçəkləşərsə şübhəsiz bu rədəm hər kəsdə dəhşət və təəccüb doğurar. Bununla belə görünən rəqəm də ölkədə siyasi məhbus olması fikirini rədd edənlərin vicdanına çox söz deyə bilər.
2024-cü ilin siyasi məhbusları bu il də inanclıları ilin ən çox həbsə məhkum edilən tərəfi olaraq dəyərləndirdi.
İlin son siyasi məhbus siyahısında inanclılar