İçki verilən restoranda yemək yemək haramdırmı?

Operativtv.con Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu haqda böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə sual ünvanlanıb.

Bu sual və cavabı təqdim edirik:

Sual: Əgər mən yemək yemək üçün hər hansı bir yeməkxanaya daxil olsam və həmin yeməkxanada şərabda verildiyini görsəm, bir qiraqda əyləşib orada olan halal qidalardan yesəm harama düşmüş olarammı?

Cavab: Yeməklə yanaşı içki verilən restorana getmək olar. Bu şərtlə ki, sizin ora getməyiniz bu kimi restoranların işinin genişlənməsinə (dəbə düşməsinə) səbəb olmasın. Söz yox ki, şərab və spirtli içkilər içilən mizdən (süfrədən) nə isə yemək haramdır. Hətta vacib ehtiyata əsasən, belə mizin kənarında (yemək yemədən) əyləşmək də haramdır .