Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilib

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın iqamətgahı yaxınlığında “Müqəddəs mübarizə” hərəkatının mitinqi keçirilib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onlar Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı əsasnamənin imzalanmasının əleyhinədirlər.

Qeyd edək ki, bu gün V.Xaçaturyan sənədi təsdiqləyib.

 

Report.az