09 April 2025

Azərbaycan ağırlıqqaldıranı “Uzbekistan Open” turnirində gümüş medal qazanıb

Azərbaycanın yeniyetmə atleti İsa Əliyev Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” turnirində gümüş medal qazanıb.

73 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.

Şimali Kipr Türk Cümhuriyyəti liseylərdə hicaba icazə verilib

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Nazirlər Şurasının liseylərdə şagirdlərə hicab taxmasına icazə verən və orta təhsildə geyim qaydalarını müəyyən edən intizam qaydalarına etdiyi dəyişikliklər Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minib.

ŞKTC Nazirlər Şurasının dünənki iclasından sonra lisey və orta məktəblərdə geyim qaydalarını müəyyən edən qaydalara dəyişiklik edilib.

İsrail yenə çadırları bombaladı

İsrail ordusunun Qəzzanın cənub bölgəsində məcburi köçkün fələstinlilərin çadırını bombalaması nəticəsində 3-ü uşaq olmaqla 6 fələstinli şəhid olub.

Səhiyyə sahəsindəki mənbələrdən əldə edilən məlumata görə, İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin Mavasi bölgəsində məcburi köçkün fələstinlilərin qaldığı çadırları hədəf alıb.

Fərid Mehralızadə: "Heç ibtidai icma quruluşunda belə əsassız mühakimə aparılmazdı"

“Abzas Media” işi üzrə məhkəmə prosesində hakim jurnalistlərin özlərini müdafiəsinin qarşısını alıb və gələn şahidlərə sual verilməsinə imkan verməyib.

“Abzas Media” yazır ki, aprelin 8-də baş tutan prosesdə iş üzrə həbs olunan Fərid Mehralızadə sərbəst ifadə edib.

ABŞ və Çin arasında böhran dərinləşir; ABŞ Çindən idxal olunan mallara 104 faiz rüsum tətbiq edəcək

Ağ Evin sözçüsü Karoline Leavitt çərşənbə axşamı Çinin "ehtiyat tədbiri" olaraq tətbiq etdiyi "cavab tariflərini" qaldıra bilmədikdən sonra Asiya ölkələrinə 104 faizlik tariflər tətbiq edəcəyini açıqlayıb.

Çin mənşəli məhsulların əhatəyə daxil olduğunu ifadə edən Leavit, verginin 9 Aprel Çərşənbə günü etibarilə ediləcəyini açıqladı.

"Amerikalıların başqa ölkəyə ehtiyacı yoxdur. Prezident Trampın (Donald) polad bir onurğası var və o, heç vaxt dağılmayacaq" deyib.

Səudiyyə Ərəbistanı Fələstin hicabı taxmış türk ümrə zəvvarının Kəbəyə daxil olmasına qadağa qoyub

Səudiyyə Ərəbistanına Kəbə ziyarətinə gələn türkiyəli ümrə zəvvarının üzərində fələstinli bandana geyindiyi üçün polis onu içəri buraxmayıb. Səudiyyə polisi Ümrə zəvvarının vizasını ləğv etməklə hədələyib.

 

"Biz yerin altına girməliyik"

Çəkdiyi video ilə reaksiyasını bildirən vətəndaş "Müsəlmanlar olaraq özümüzü torpağa basdırmalıyıq. İslamın doğulduğu yerdə İslamın şərəfini qoruyan Qəzza simvolundan istifadə etmək qadağandır" deyib.

Trampa qarşı etirazlar davam edir

Müxtəlif şəhərlərdə, xüsusən də Vaşinqton və Nyu-Yorkda keçirilən etiraz aksiyaları kütlələrin Trampın siyasətlərinə və İlon Maskın administrasiyadakı roluna qarşı reaksiyasını əks etdirir.

Paytaxt Vaşinqton və Nyu-York başda olmaqla, ölkə daxilində "Əlləri bağla" adlı nümayişlərə on minlərlə vətəndaş qatılıb.

BMT: İsrailin Qəzzada törətdiyi hərəkətlər beynəlxalq hüquq normalarını pozur

BMT-nin altı agentliyinin birgə bəyanatında deyilir ki, İsrailin son hücumları və blokadası Qəzzada humanitar dağıntıları dərinləşdirib və insan həyatına açıq-aşkar laqeydlik nümayiş etdirir.

Birləşmiş Millətlər Təşkilatının altı agentliyinin rəhbərləri Qəzzaya yönəldilmiş İsrailin hücumlarına və blokadanın dağıdıcı nəticələrinə diqqət çəkərək, dünyanın “insan həyatına tamamilə laqeyd müharibə apardığına” şahidlik etdiyini bildiriblər.

"Arsenal" öz meydanında "Real Madrid"i, "İnter" səfərdə "Bavariya"nı məğlub edib

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

İlk oyun günündə 2 matç baş tutub.

İspaniyanın “Real” klubu Londonda “Arsenal”ın qonağı olub. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. "Topçular" rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.