13 March 2025

Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını deyib

Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib.

Bu barədə Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları bağlı keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya atəşkəs təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

Anar Məmmədli: “Haqqımdakı ittihamlar cəfəngiyyat və təxəyyül məhsuludur”

Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli onun haqqında hökumətə yaxın mediada gedən ittihamlara cavab verib. 

O, ittihamları “cəfəngiyyat və təxəyyül məhsulu” adlandırıb”. 

Sözügedən məqalə bu ilin fevralın 18-də “Report” informasiya agentliyində “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlığı ilə yayımlanıb. 

Suriyada son günlər öldürülən mülki vətəndaşların sayı 1383-ə yüksəlib

Aralıq dənizi sahillərində Latakiya və Tartusda baş verən qarşıdurmalarda əksəriyyəti Ələvilərdən ibarət ən azı 1383 suriyalı həlak olub.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Latakiya və Tartusda dörd gün davam edən silahlı toqquşmalar zamanı ən azı 1383 mülki şəxsin həlak olduğunu bildirib.

Açıqlamada 6-10 mart tarixləri arasında baş verən şiddət hadisələrində ölənlərin əksəriyyətinin ələvilər olduğu bildirilib.

İslam İnqilabının Rəhbəri: Amerikanın danışıqlara çağırışı uydurmadır

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei Amerikanın son danışıqlar çağırışlarına toxunaraq, belə çağırışların aldatma olduğunu vurğulayıb.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei müxtəlif siyasi, ictimai, mədəni və akademik dairələrdən minlərlə tələbə ilə görüşündə çıxışında Amerikanın son çağırışlarına və danışıqlara dair iddialarına reaksiya verib.

Avropa İttifaqı Tofiq Yaqublunun həbsindən təəssüfünü ifadə edib

Avropa İttifaqı (Aİ) müxalif siyasətçi Tofiq Yaqublunun məhkum edilməsinə təəssüfünü ifadə edib.

“Aİ müxalifət lideri Tofiq Yaqublunun 9 il həbs cəzasına məhkum edilməsindən təəssüflənir. İnsanlar müxtəlif siyasi fikirlərini sərbəst şəkildə ifadə edə bilməlidirlər”, İttifaqın xarici işlər üzrə baş sözçüsü Anita Hopper martın 12-də “X” səhifəsində yazıb.

Sözçü əlavə edib ki, fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir.

ÇL: 1/4 finalçılar müəyyənləşib

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Günün birinci matçında Dortmund “Borussiya”sı səfərdə “Lill”in qonağı olub.

Ev sahibləri ilk hissəni qalib vursalar da, qonaqlar 2:1 hesanı ilə rəqibini məğlub etməyi bacarıb. Bu nəticə ilə "Dortmund" adını 1/4 final mərhələsinə yazdırıb.

Gecənin ilk matçında "Arsenal" öz meydanında PSV-ni qəbul edib.