Aralıq dənizi sahillərində Latakiya və Tartusda baş verən qarşıdurmalarda əksəriyyəti Ələvilərdən ibarət ən azı 1383 suriyalı həlak olub.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Latakiya və Tartusda dörd gün davam edən silahlı toqquşmalar zamanı ən azı 1383 mülki şəxsin həlak olduğunu bildirib.
Açıqlamada 6-10 mart tarixləri arasında baş verən şiddət hadisələrində ölənlərin əksəriyyətinin ələvilər olduğu bildirilib.
Meyitlərin əksəriyyəti kənd təsərrüfatı torpaqlarında və ya evlərdə tapılıb. Ən son ölüm halları sahilyanı Latakiya və Tartus əyalətlərində, eləcə də qonşu Həmada qeydə alınıb.
Yaxın məsafədən açılan atəş nəticəsində mülki şəxslərin əksəriyyətinin həyatını itirdiyi bildirilir.
Ekspertlər son hadisələri Əsədin devrilməsindən sonra Suriyada baş verən ən böyük münaqişə kimi qiymətləndirirlər.
Suriyada son günlər öldürülən mülki vətəndaşların sayı 1383-ə yüksəlib