Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli onun haqqında hökumətə yaxın mediada gedən ittihamlara cavab verib.
O, ittihamları “cəfəngiyyat və təxəyyül məhsulu” adlandırıb”.
Sözügedən məqalə bu ilin fevralın 18-də “Report” informasiya agentliyində “USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?” başlığı ilə yayımlanıb.
Bu məqalədə Anar Məmmədlinin rəhbəri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə 2024-cü ildə USAID tərəfindən külli miqdarda qrantların ödənildiyi yazılıb.
İddia olunub ki, qarşılığında Məmmədliyə 500 nəfərlik müşahidəçi qrupları yaratmaq və həmin il fevralın 7-də keçirilən prezident seçkilərində saxtakarlıq görüntüsü vermək tapşırılıb.
Anar Məmmədli deyib ki, USAID olaraq bilinən ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə 2013-cü ildən əməkdaşlığı olmayıb.
O qeyd edib ki, 2013-cü ildən bəri regional layihələrdə məsləhətçi və təlimçi kimi çalışıb və yalnız “insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafına” töhfə verib.
Məmmədli əlavə edib ki, bu tip yazılar hakimiyyət tərəfindən planlı şəkildə mətbuata buraxılır.
“Məqsəd ictimai rəyi çaşdırmaq, mənim və başqa hüquq müdafiəçilərinin işinə kölgə salmaqdır”, hüquq müdafiəçi deyib.
Məmmədli bəyanatını vəkili Fariz Namazlı vasitəsilə ictimaiyyətə çatdırıb.
Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb.
O, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq maddəsilə ittiham olunur.
Hüquq müdafiəçisi özünü təqsirli saymır. Beynəlxalq insan haqları təşkilatları onu siyasi məhbus hesab edir.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi mövqeyinə görə təqib edilmədiyini bildirir.
ToplumTv
Anar Məmmədli: “Haqqımdakı ittihamlar cəfəngiyyat və təxəyyül məhsuludur”