Ali Məhkəmə Elçin Zeynalovun cəzasını azaldıb

Ali Məhkəmə Elçin Zeynalovun şikayətinə baxıb. Martın 13-də baş tutan iclasda məhkəmə onun barəsində 2024-cü il 5 fevral tarixində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasından verdiyi şikayətinə baxıb.
Məhkəmə Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, inanclı haqqında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddə ilə çıxarılan qərardan şikayəti araşdırıb.
Sonda hakim İlkin Rəcəbov qərarı elan edib. O, Elçin Zeynalovun cəzasından 6 ay azaldaraq cəzanı 4 ildən 3 il 6 aya endirib. Bununla da məhkəmə iclası yekunlaşıb.
Xatırladaq ki, Zeynalov Elçin Arif oğlu 2023-cü il martın 16-də saxlanılmış və barəsində narkotiklərlə bağlı saxta ittiham irəli sürülmüşdü. Məhkəmə qeyd edilən ittiham üzrə Zeynalovu müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan məhrum etmişdi.