Fazil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə ittiham olunan Anar Əliyev isə 5 il həbs cəzası alıb.
Hökm martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub.
Dövlət ittihamçısı Fazil Qasımovun 10 il müddətinə, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb.
Özü ittihamı rədd edir.
Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb.
O, özünü qismən təqsirli bilir.