Azərbaycan Dövlət Neft Fondu təkcə Mart ayında milyonlarla dollar zərər edib

Son günlərdə ABŞ fond bazarında baş verən kəskin enmələr Azərbaycana da təsirsiz ötüşməyib.
Xüsusilə, texnologiya şirkətlərinin dəyər itirməsi Dövlət Neft Fondunun səhmlərinə təsir edib.
2024-cü ilin sonunda ARDNF-nin listinqdə olan səhmlərinin dəyəri 13,4 milyard dollar təşkil edirdi və fond qlobal informasiya texnologiyaları sektorunda geniş portfelə malik idi. Təkcə martın 1-dən 12-nə qədər olan dövrdə yaşanan bazar enişləri bu sərmayələrə ciddi ziyan vura bilər.
Mart ayı başlayandan Nasdaq və digər indekslərdəki eniş nəticəsində fondun əsas yatırımları arasında olan Apple, NVIDIA, Microsoft, Amazon, Meta və Tesla kimi şirkətlərin səhmləri ciddi dəyər itirib.
Xüsusilə, TOP-10 şirkət üzrə ARDNF-nin yatırımları ümumilikdə 270 milyon dollardan çox dəyər itirib.