HTŞ ilə Druzlar arasında toqquşmalar davam edir

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) təhlükəsizlik qüvvələri ilə terrorçu yeni Dəməşq hökumətini dəstəkləyən silahlı qruplar və yerli druz qrupları arasında gedən döyüşlərdə ən azı 101 nəfərin öldüyünü qeyd edib.

Suriyadakı mənbələrə istinadən SOHR bildirib ki, ölənlərin sayı 30 hökumət tərəfdarı, 21 druz döyüşçüsü və 10 mülki şəxs, o cümlədən Sahnaya şəhərinin keçmiş meri Hosam Varvardır.

Dürzilərin mərkəzi sayılan ölkənin cənubunda yerləşən Suveyda əyalətində ötən gün Suveyda-Dəməşq yolunda qurulan “pusquda” 40 druz döyüşçünün öldürüldüyü bildirilir.

Suriya İnformasiya Nazirliyi iki ayrı hücumda ölkənin təhlükəsizlik qüvvələrinin 11 əməkdaşının həlak olduğunu bildirib.