24 January 2025

Əziz Orucovun növbəti məhkəmə prosesi keçirilib

Yanvarın 24-də Səbail Rayon Məhkəməsində "Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, iclasın əvvəlində hakim Orucovun ev dustaqlığına buraxılması ilə bağlı əvvəlki prosesdə verilmiş vəsatəti təmin etməyib.

Daha sonra müdafiə tərəfi jurnalistlərin prosesə buraxılması və çəkiliş aparmaq üçün şəraitin yaradılması barədə vəsatət qaldırıb.

“Müdafiə xətti” Azərbaycanda insan hüquqlarının pisləşdiyini bildirir

2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.

İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu xətti və qaz nəqli planı ilə bağlı son razılaşmalar əldə olunub

 İranın Rusiyadakı səfiri deyib: İki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin danışıqlarında tərəflər Rəşt-Astara dəmir yolunun tikintisinə dair icra sazişinin 2025-ci ilin mart ayının sonunadək imzalanması vaxtı barədə razılığa gəliblər.

“Zirə” səfərdə “Şamaxı”nı məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasında XX tura start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. “Şamaxı” doğma meydanda “Zirə”ni qəbul edib. Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin yeganə qoluna 38-ci dəqiqədə Brahim Konate imza atıb. Baki təmsilçisinin heyətində isə 45+1-ci dəqiqədə Ruan Renato, 48-ci dəqiqədə Salifu Suma fərqləniblər.

Münacat mövzusu bu Cümə də davam edib

Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Münacat” mövzusunu davam etdirib. O, dördüncü həftə olaraq mövzu haqqında izahlarına qısa toxunaraq bildirib ki, münacat Allahla söhbət olaraq ilk öncə insanın nəfsini tərbiyə etməsidir. Digər insana münacatın xeyirli tərəfi gün ərzində bildiklərinin fərqində olmadığı halda münacat bu məsələləri daha incə araşdıraraq ona yönəlmə yoludur. Münacatın insan həyatında əhəmiyyəti insanı qəflətdən ayıdmasıdır.

İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır

İraq lazım gələrsə, ABŞ və İran arasında təmaslarda vasitəçi kimi çıxış etməyə hazırdır.

Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

“Bizim həm Vaşinqton, həm də Tehranla yaxşı əlaqələrimiz var. Bizdən xahiş edilsə, vasitəçi kimi çıxış etməyə hazırıq. Bu, Bağdadın, bütün regionun və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğun olacaq”, - o deyib.

Ermənistanın İran və Türkiyə ilə bağlı açıqlaması

Ermənistanın baş naziri Nikol Paşinyan "Ermənistanın İranla əlaqələri çox vacibdir. Biz Türkiyə ilə də diplomatik əlaqələr qurmaq üçün səy göstəririk" deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan "Regional güclərlə balanslı münasibətlərin qurulması üçün səylər göstərilir. Ermənistanın İranla əlaqələri çox önəmlidir. Türkiyə ilə də diplomatik əlaqələr qurmaq üçün səylər göstəririk" söyləyib.

Avropa Liqası: "Roma” məğlub olub, “Latsio” liderliyini davam etdirir

UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turunun növbəti oyunları keçirilib.

Bu gün 16 matç baş tutub.

İtaliyanın “Roma” klubu Niderlandda “AZ Alkmaar”ın qonağı olub. Ev sahibləri minimalhesablı qələbəyə seviniblər - 1:0.

Türkiyə təmsilçisi “Fənərbaxça” isə “Lion”un müqavimətini qırmağa çalışıb. Türkiyədə qol səsi çıxmayıb - 0:0.