Hacı Ramil Bədəlov bu həftə də silsiləvi “Münacat” mövzusunu davam etdirib. O, dördüncü həftə olaraq mövzu haqqında izahlarına qısa toxunaraq bildirib ki, münacat Allahla söhbət olaraq ilk öncə insanın nəfsini tərbiyə etməsidir. Digər insana münacatın xeyirli tərəfi gün ərzində bildiklərinin fərqində olmadığı halda münacat bu məsələləri daha incə araşdıraraq ona yönəlmə yoludur. Münacatın insan həyatında əhəmiyyəti insanı qəflətdən ayıdmasıdır.
“İnsanlarda, cinsindən asılı olmayaraq iki funtamental hissi vardır. Birincisi ziyandan qaçma hissidir. İnsanlar istisnasız ziyandan qaçan varlıqlardır ki, bu fitrətdədir. İkinci hiss isə insanın ucalmaq, yüksəlmək, xeyir əldə etmək hissidir.
Həmişə bu hisslər eyniliklə özünü göstərə bilmir. Əksər zaman insan birinci hissə-ziyandan qaçma hissinə daha çox fokslanır. Buna görə də belə düşüncələr insanda ağıllı risk etmə hissinə də təsir edərək onu passivləşdirir. Belə olan halda bu düşüncəli insanlar öz imkanlarından minimum istifadə etməklə, məhdud yaşamaqla kifayətlənir.
Ziyandan qaçma hissi getdikcə insanın varlığında qorxunu hakim etməyə başlayır. İnanclılarda bu yalnız cəhənnəmə getmək qorxusu kimi bir hissi həyatının hədəfinə çevirir. Belə insanlar yaşamlarını elə bu formaya da yönəldərək davam edirlər.
Əlbətt, bəlli hiss təkcə birinci tərəflə yekunlaşmır. İkinci, ucalmaq istəyən, təkmilləşmək və zirvələri fəth etmək hissi də bəzi insanlarda özünü daha parlaq göstərə bilir. Bunu da unutmaq olmaz ki, ucalmaq hissi də insanda qorxulu bəlalara yol aça bilir. Necə ki, ziyandan qaçma qorxu hissini formalaşdırdığı kimi yüksəlmə hissi də təkəbbür və özündənrazılığa gətirib çıxara bilir.
Bunların hər ikisi düzgün istiqamətlənəndə arzulanan nəticələr əldə olunur.
Münacat hissi ziyandan qaçmaq istəyən varlığın qorxu sükunətindən çəkərək ucalmağa yönəldən bir hissdir. Hansı ki, bu ucalma münacat vasitəsi ilə təkəbbür və özünü bəyənməyə deyil, Rəbbi ilə münacatda Onunla birlikdə ucalmaq gözəlliyini nümayiş etdirir.”
Münücatın insan varlığına müvafiq olaraq fərqləndiyini bildirən ilahiyyatçı bunu insanın mənəvi özəllikləri ilə əlaqələndirib. Mənəvi təkamül insanda münacat zənginliyini artırır.
Hacı Ramil Bədəlov söhbətinin sonunda astanasında olduğumuz Şaban ayından danışıb. Bu ayda oruc tutmaq, çoxlu salavat zikr edilməyin təkid olunduğunu bildirərək o, bu aya məxsus olan duanı da qeyd edib.
İlahiyyatçı çoxlu dualar edərək söhbətin davamını gələn həftə davam etdirəcəyini bildirib. Bununla da o, bu həftənin cümə xütbəsini yekunlaşdırıb.
Münacat mövzusu bu Cümə də davam edib